GAMEDEV.AZ

The national digital hub for Azerbaijan's game development ecosystem. An initiative by Nomadman Studio LLC.

ExploreStudiosGamesNewsEvents
ParticipateLearning HubJobsList your studioList your companySponsor usSupportersGame Jam platform → HackathonHost
Contact usTermsPrivacy
© 2026 GameDev.az — All rights reserved.
Powered by Nomadman Studio LLC
NewsEventsCommunityLearning HubJobsEcosystemGames
All news
News

Turkic Game Jam 2026

Turkic Game Jam 2026 6 ölkə, 200+ iştirakçı və 80-dən çox yeni oyun prototipi ilə başa çatdı.

Avaz Hasanli

3 min read · 12 Jun 2026

Turkic Game Jam 2026

Salam, dəyərli gamedev.az icması!

Bu gün isə sizə həm ölkəmiz, həm də bütövlükdə regionumuz üçün xüsusi əhəmiyyət kəsb edən, bilavasitə təşkilatçılarından biri olduğumuz və icma olaraq böyük qürur duyduğumuz bu tədbir barədə icmalı nəzərinizə çatdırmaq istəyirəm.

Turkic Game Jam Nədir?

Turkic Game Jam (TGJ) — Türk Oyun Tərtibatçıları Assosiasiyası (TuGDA) çərçivəsində təşkil olunan və türk dünyasının bir neçə ölkəsində eyni vaxtda keçirilən beynəlxalq oyun hazırlama hakatonudur.

Tədbirin əsas fəlsəfəsi tərtibatçıları bir araya gətirərək türk mədəni irsindən qaynaqlanan ümumi mövzular ətrafında 48 saat ərzində orijinal oyun prototipləri ərsəyə gətirməkdir.

Ekosistemimiz böyüyür: 2025 vs 2026

İlk dəfə 2025-ci ildə start verdiyimiz bu seriya qısa müddətdə nəzərəçarpacaq dərəcədə böyüdü:

2025-ci ildəki ilk buraxılışda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Macarıstan olmaqla 5 ölkəni əhatə etdi. 130-dan çox iştirakçı 50-dən artıq oyun təqdim etdi. Bu il, yəni 2026-cı ilin 5-7 İyun tarixlərində keçirilən hakatona Şimali Kiprin də qoşulması ilə ölkə sayı 6-ya çatdı. Ümumi qeydiyyatlı iştirakçı sayı 200-ü, təqdim edilən oyun sayı isə 80-i keçdi. Nəticə etibari ilə qeydiyyatda 50%, oyun sayında isə 60%-dən çox artım görünür.

Yerli Səhnəmizdəki Vəziyyət

Azərbaycanda yerli mərhələ hər iki ildə Gamepons və bilavasitə icmamızı təmsil edən IGDA Azerbaijan-ın təşkilatçılığı ilə baş tutub. Əgər 2025-ci ildə 14 komanda (60+ iştirakçı) var idisə, 2026-cı ildə 2z0-dən çox komanda və 70-dən artıq tərtibatçımız bu həyəcanlı marafonda tər tökdü.

Böyük Final

Tədbir iki formatda irəliləyir:

Yerli mərhələ: 2-4 nəfərlik komandalarımız 48 saatlıq bir prosesdən keçərək prototiplərini hazırlayırlar. Sonra sənaye mütəxəssislərindən ibarət yerli münsiflər heyəti qalib komandaları seçir. Böyük Final: Qalib komandalar oyunlarını "polish" etməyə davam edir və sonda digər ölkələrin finalistləri ilə eyni səhnəni bölüşürlər. Qürurverici haldır ki, 2025-ci ilin Böyük Finalına Bakı ev sahibliyi etdi! Gamepons və IGDA Azerbaijan təşkilatçılığı, Yaradıcı Mərkəz və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən finalda ölkəmizi “Virtue” və “Trojan Horse Studios” təmsil etmişdi (İlk beşliyimizdə isə “PixelNodes”, “Compot Games” və “No Studio” da var idi). 2026-cı ilin Böyük Finalı isə Macarıstanda, Budapeşt şəhərində keçiriləcək.

GameJam Mövzularımız:

TGJ-nin fərqi onun brifinqlərindədir. Mövzular həm mədəni kodlarımızı daşıyır, həm də oyun dizaynı (game design) baxımından bizə çox geniş sərbəstlik verir:

2025-ci ildə “Türk Mifləri və Hekayələri” – Folklor və şifahi ənənələrdən bəhrələnən, güclü narrativ və aksion mexanikalarına aid bir konsept var idisə, bu il iştirakçılar 5 Mövzu ətrafında yarışdılar:

Ceremony: Ritualın icrası və pozulması üzərinə qurulan mexanikalar. Nomad: Hərəkət və dinamikaya əsaslanan sistemlər. Knot: Xalçaçılıq ənənəsindən ilhamlanan, düyünləmə və puzzle strukturları. Sky: “Tengri” və kosmoloji elementlər. Fire: Ocağı mərkəzə alan, sağ qalma (survival) və dözüm mexanikaları.

Bu cür irimiqyaslı layihələri ekosistemin birgə dəstəyi olmadan reallaşdırmaq qeyri-mümkündür:

Yaradıcı Mərkəz - Builki yerli mərhələnin venue (məkan) tərəfdaşı kimi tərtibatçılarımızın 48 saat bir yerdə, rahat çalışması üçün Bakıda fiziki məkan təmin etdi. Xsolla - Ən böyük xəbərlərdən biri beynəlxalq ekosistem nəhəngi Xsolla-nın tərəfdaşımız olmasıdır. Onlar finala gedən azərbaycanlı komandaların bütün səyahət və logistika xərclərini öz üzərlərinə götürüblər. HackathonHub - Tədbirin qeydiyyatından tutmuş komanda formalaşmasına, səsvermə və sertifikatların buraxılışına qədər bütün idarəetmə və analitika prosesi Gamepons tərəfindən sırf bu cür tədbirlər üçün xüsusi hazırlanmış bu platforma vasitəsilə həyata keçirildi.

Biz gamedev.az olaraq bu cür tədbirlərin sənayemizi necə irəliyə apardığının birbaşa şahidiyik. Finalistlərimizə Budapeştdə uğurlar arzulayırıq!

Gamejam-də yaradılmış oyunları oynamaq üçün itch.io/jam/turkic-game-jam-2026/entries saytına baxa bilərsiniz. Əlavə detallarla maraqlanırsınızsa, mütləq turkicgamejam.com saytına göz atın. Yeni jam-lərdə, yeni oyunlarda görüşmək ümidi ilə!

[ More from Avaz Hasanli ]

  • GameDev Bonfire Vol.5
  • OYU GameDev Bootcamp 2026

Comments (0)

Sign in to join the discussion.

No comments yet — be the first to comment.