
🎮 GameDev Bonfire Vol.5 🔥 Oyun dünyasında hər şey bir tanışlıqdan başlayır. Bir söhbətdən, bir ideyadan, doğru anda doğru adamla eyni otaqda olmaqdan. GameDev Bonfire məhz bu məqsədlə yaradılıb və artıq beşinci dəfə sizi bir araya gətirməyə hazırdır. 🎯 Bu yığıncaqlarda real komandalar formalaşıb, yeni studiyalar öz ilk addımlarını atıb, aylarla axtarılan komanda üzvləri tapılıb. Bəzən lazım olan şey sadəcə eyni dili danışan insanlarla bir otaqda olmaqdan ibarətdir. 💡 Oyun layihən varsa, sənə uyğun insanları burada tapa bilərsən. Oyun sənayesinə yeni qədəm qoyursansa, istiqamətini burada müəyyənləşdirə bilərsən. Peşəkarsansa, icmana töhfəni burada verə bilərsən. 🤝 "Gamepons" və "Xsolla"nın birgə təşkilatçılığı, İRİA-nın dəstəyi ilə keçiriləcək bu yığıncaq sənayenin hər səviyyəsindən hər kəsə açıqdır. ☕ Çay və qəhvə bizdən, qalanı sizdən. 📌 İştirak ödənişsizdir. Qeydiyyat məcburidir. 🔗Link: https://luma.com/o1oludgj 📅 24 iyun 2026, saat 18:00 📍 AIM (Azərbaycan İnnovasiya Mərkəzi) #GameDevBonfire #GameDev #Gamepons #Xsolla #IRIA
Related news
Wed, 24 Jun 2026, 22:00
until Thu, 25 Jun 2026, 00:00
Bakı, Azərbaycan, AIM (Azərbaycan İnnovasiya Mərkəzi)
This event has ended.
6 attended