GAMEDEV.AZ

The national digital hub for Azerbaijan's game development ecosystem. An initiative by Nomadman Studio LLC.

ExploreStudiosGamesNewsEvents
ParticipateLearning HubJobsList your studioList your companySponsor usSupportersGame Jam platform → HackathonHost
Contact usTermsPrivacy
© 2026 GameDev.az — All rights reserved.
Powered by Nomadman Studio LLC
NewsEventsCommunityLearning HubJobsEcosystemGames
All events
Tue, 29 Sept 2026, 18:30Seminar / Webinar

👾 Seminar: İstənilən Ölçüdə Oyunlar Üçün İnfrastruktur

Hosted by Stans Mammadzada

About this event

Böyüklüyündən asılı olmayaraq, hər oyun eyni monetizasiya çətinlikləri ilə üz-üzə qalır. İstər bir tələbənin həftəsonu hazırladığı layihə olsun, istərsə kiçik bir indie studiyanın ilk oyunu, istərsə də milyonlarla aktiv oyunçusu olan nəhəng bir layihə. 200-dən çox ölkədəki oyunçulardan ödənişi necə qəbul edirsən? Gəlir məlumatların içindən nə isə anlamlı bir şey necə çıxarırsan? Fırıldaqçılığın mənfəətini yeyib qurtarmasının qarşısını necə alırsan? Və ən əsası, gəliri sadəcə toplamaq yox, onu zamanla real şəkildə necə böyütmək olar? Yaxşı xəbər budur ki, bunları düzgün həll etmək üçün nə AAA büdcəsi, nə də nəhəng komanda lazımdır. Xsolla-nın məhsulları elə qurulub ki, ilk gündən hər kəs üçün əlçatandır. İlk oyununu hazırlayan iki nəfərlik indie komanda belə, dünyanın ən böyük oyunlarının istifadə etdiyi eyni ödəniş infrastrukturuna, analitikaya və fırıldaqçılıqdan qoruma sisteminə qoşula bilir, üstəlik bunların heç birini sıfırdan özü qurmadan. Bu seminarda Xsolla-nın məhsul ekosistemini addım-addım gəzəcəyik və hər bir məhsulun yuxarıdakı problemlərdən hansını, necə həll etdiyini göstərəcəyik. Səthi bir icmal yox, real nümunələr üzərindən, məhsul-məhsul gedərək, hər aləti məhz onun üçün yaradıldığı konkret problemlə (ödəniş infrastrukturu, analitika, fırıldaqçılıqdan qoruma və gəlir artırma alətləri) əlaqələndirəcəyik. Sessiya bitəndə müasir oyun monetizasiyası sisteminin aydın xəritəsi əlinizdə olacaq: hansı hissə nə üçündür, niyə önəmlidir və bəlkə də ən vacibi, bu prinsiplərin niyə həm ilk indie layihən, həm də qlobal auditoriyaya çıxan AAA oyun üçün eyni dərəcədə keçərli olduğunu anlayacaqsınız. Sessiyadan sonra əlinizdə olacaq: • Ölçüsündən, büdcəsindən asılı olmayaraq hər oyunun rastlaşdığı əsas monetizasiya problemlərinin aydın mənzərəsi • Xsolla-nın əsas məhsulları və hər birinin konkret olaraq hansı problemi həll etdiyi barədə praktiki bilik • Bu məhsulların real həyatda necə işlədiyini göstərən nümunələr • Tələbə layihəsindən indie studiyanın ilk oyununa, oradan da AAA layihəyə qədər tətbiq oluna biləcək monetizasiya təfəkkürü Speaker: Elena Matveeva, Xsolla, Biznes İnkişafı üzrə Vitse-Prezident https://luma.com/nx450kfk?tk=yz7FBx

Tue, 29 Sept 2026, 18:30

until Tue, 29 Sept 2026, 20:30

https://maps.app.goo.gl/kLhpwo7mDw2cpgSE8

Add to calendar

Google Calendar
Apple / Outlook (.ics)
Register ↗

Registration for this event is handled on an external site.

Discussion

Log in to join the discussion.

No comments yet.