🎮 “GAMEPONS JAM VOL. 5” GERİ QAYIDIR! İllərdir oyun tərtibatçılarını və oyun sənayesinə marağı olan insanları bir araya gətirən “Gamepons”, seriyanın 5-ci buraxılışı olan “Gamepons Jam Vol. 5”i elan edir! Bu günə qədər 15-dən çox Game Jam təşkil edərək yeni komandaların və layihələrin yaranmasına təkan verən komanda, bu dəfə də 48 saatlıq intensiv maratona start verir. Noyabr ayında baş tutacaq tədbir ərzində sıfırdan komanda qurmaq, ideyanı real oyun prototipinə çevirmək və sənayedən yeni insanlarla tanış olmaq üçün mükəmməl mühit sizi gözləyir. Ən sevindirici məqamlardan biri isə odur ki, bu dəfəki jam bütövlüklə hakaton və oyun tərtibatı tədbirlərinin idarə edilməsi üçün hazırlanmış öz yerli “HackathonHost” platformamız üzərindən idarə olunacaq. Qeydiyyatdan tutmuş komanda idarəetməsinə və layihələrin təhvil verilməsinə qədər hər şey bu rahat sistem üzərindən həyata keçiriləcək. “Gamepons Jam Vol. 5” — Gameponsun təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Yaradıcı Mərkəz və SUP VC-nin dəstəyi ilə keçirilir. Bütün komandalara uğurlar arzulayır, bu gözəl təcrübəni yaşayıb həzz almağınıza ümid edirik. Növbəti anonslarda və məkanda görüşənədək!
Fri, 23 Oct 2026, 19:00
Add to calendar
Volunteering
Registration for this event is handled on an external site.
Log in to offer your help as a volunteer.