"Xsolla" "Turkic Game Jam 2026"nın Azərbaycan üzrə baş sponsorudur!
🚀 Qarşıda bizi böyük bir final gözləyir və Azərbaycanı beynəlxalq səhnədə təmsil etməyə hazırıq!
Oxuma müddəti: 1 dəq · 5 okt 2026

🇦🇿 "Xsolla" "Turkic Game Jam 2026"nın Azərbaycan üzrə baş sponsorudur!
🎮 Azərbaycanın oyun sənayesi üçün böyük əhəmiyyət daşıyan bu beynəlxalq layihədə "Xsolla" ilə tərəfdaşlığımızı elan etməkdən məmnunuq. "Turkic Game Jam" türk dünyasının oyun tərtibatçılarını bir araya gətirən beynəlxalq "Game Jam" platformasıdır. 2026-cı ildə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Şimali Kipr və Macarıstan olmaqla 6 ölkədən oyun yaradıcıları bu layihədə iştirak edir.
⏱️ "TGJ26"nın yerli mərhələsində komandalar müəyyən edilmiş mövzu əsasında 48 saat ərzində öz oyunlarını hazırlayır, təqdim edir və qiymətləndirmədən sonra növbəti mərhələyə keçən təmsilçilər müəyyənləşir. Azərbaycanın iki studiyası da məhz bu mərhələnin nəticəsində "Grand Finale"yə vəsiqə qazanıb.
🤝 Azərbaycan mərhələsi "Gamepons" və "IGDA Azerbaijan"ın birgə təşkilatçılığı, "Yaradıcı Mərkəz"in dəstəyi ilə keçirildi. 23 komandanın 48 saat ərzində oyunlarını hazırladığı yerli mərhələnin nəticəsində Azərbaycanı beynəlxalq finalda təmsil edəcək 2 studiya seçildi. İndi isə "Xsolla"nın dəstəyi ilə həmin iki studiyanı Azərbaycanı beynəlxalq səhnədə təmsil etmək üçün Budapeştə aparırıq. Ölkəmizin "Grand Finale"də təmsil olunmasına verdiyi dəstəyə görə "Xsolla"ya təşəkkür edirik.
🎮 Növbəti dayanacaq 25 və 26 noyabr tarixlərində Budapeştdə keçiriləcək "Grand Finale"dir. 6 ölkədən seçilmiş komandalar burada bir araya gələrək layihələrini beynəlxalq səhnədə təqdim edəcəklər. Biz isə iki studiyamızla birlikdə Azərbaycanı qürurla təmsil etmək, ölkəmizin oyunlarını və yaradıcı potensialını beynəlxalq auditoriyaya təqdim etmək üçün Budapeştə gedirik.
🚀 Qarşıda bizi böyük bir final gözləyir və Azərbaycanı beynəlxalq səhnədə təmsil etməyə hazırıq!
#TurkicGameJam #Xsolla #Gamepons #IGDAAzerbaijan


