
🎮 Azərbaycan yenidən dünyanın ən böyük oyun tərtibatı hakatonlarından birinə qoşulur! “GameJamPlus” bu il 16–18 oktyabr tarixlərində “Gamepons” və “IGDA Azerbaijan” birgə təşkilatçılığı və “INNOLAND”-ın dəstəyi ilə Azərbaycanda da keçiriləcək. “GameJamPlus” nədir? “GameJamPlus” dünyanın 50-dən çox ölkəsindən oyun tərtibatçılarını bir araya gətirən beynəlxalq oyun tərtibatı proqramıdır. İştirakçılar ilk mərhələdə 48 saat ərzində verilən mövzu əsasında oyun prototipi hazırlayırlar. Daha sonra seçilən layihələr inkubasiya, regional mərhələlər, akselerasiya və “Global Final” daxil olmaqla bir neçə mərhələdən keçərək layihələrini daha da inkişaf etdirmək imkanı əldə edirlər. “GameJamPlus” bir neçə mərhələdən ibarətdir: 48 saatlıq “Game Jam”, “Incubation”, “Continental Semifinals”, “Acceleration” və “Global Final”. İştirakçılar bu mərhələlər boyunca oyunlarını təkmilləşdirir, layihələrinin təqdimatı üzərində işləyir və beynəlxalq münsiflər qarşısında çıxış etmək imkanı əldə edirlər. Proqramın sonunda seçilən layihələr “Global Final” mərhələsində bir araya gəlir. Yerlər məhduddur. Komandanızı formalaşdırın, qeydiyyatdan keçin və öz oyununuzu yaradın!
16 okt 2026, C., 19:00
Bitmə vaxtı: 18 okt 2026, B., 19:00
Könüllülük
Bu tədbirə qeydiyyat xarici saytda aparılır.
Könüllü kimi kömək təklif etmək üçün daxil olun.